Qərbi Azərbaycan Xronikası: Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə Türk tarix…
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Göyçə mahalının itən Azərbaycan kəndləri" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Ağcakənd, Adakut, Adamxan, Adatəpə toponimləri, Ada, Adatəpə oronimi və Adamdərəsi hidronimi haqqında söz açılıb.
Bildirilib ki, Qərbi Azərbaycan ərazisində tarixən mövcud olan, lakin zaman-zaman yadlaşdırılan yaşayış məskənləri və toponimlərin taleyi aktual olaraq qalır.
Ağcakənd - Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda kənd olub.
Kənddə 1873-cü ildən yalnız azərbaycanlılar yaşayıb. 1918-ci ildə erməni təcavüzünə məruz qalan kənd sakinləri deportasiya olunublar.
1920-ci ildə kənd ləğv edilib və indi xaraba qalıb. Ada - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonda qala adıdır və
Adakut - Zəngəzur mahalının Meğri rayonunda kənd adıdır və indi xarabalığa çevrilib.
Tam oxu
Xəbəri oxu