Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Ağcaqışlaq - əvvəllər "Getaşen", sonra "Getazat" adlandırılan məkan" adlı süjet hazırlanıb.
BAKU.WS xəbər verir ki, süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Ağcaqala, Ağcaqışlaq, Ağcaquş toponimləri haqqında söz açılır.
Bildirilir ki, insanlar Qərbi Azərbaycan ərazisində çox qədim zamanlardan məskunlaşaraq yaşayış məntəqələri, mədəni abidələr yaradıblar və bu məkanlar qədimliyi ilə yanaşı, həm də Azərbaycan dili və mədəniyyətinin daşıyıcıları hesab olunur.
Ağcaqala - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonda kənd adıdır.
Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıb. Buraya ermənilər 1828-1830-cu illərdə Türkiyədən köçürülüblər.
1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunublar.
1978-ci il yanvarın 25-də kəndin adı dəyişdirilərək Tsaxqalanc qoyulub.