Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Başnalı necə Bağramyan oldu?" adlı süjet hazırlanıb.
BAKU.WS xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Başnalı, Başsız, Berd qalacıq, Berdadağ toponimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycanda daşnak düşüncəsi ilə verilən qərar və fərmanlarla kəndlər, yaşayış məskənləri viran qoyulub, oğuz-türk izləri yox edilib, tarix susdurulub.
Başnalı - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Kənddə tarixən yalnız azərbaycanlılar yaşayıb.
Buraya 1829-1832-ci illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürülüb.
1918-ci ilin martında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunublar.
İndiki Ermənistanda 1920-ci ildə sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönüblər.