Qərbi Azərbaycan Xronikası: Boğazımdakı əti erməni həkim qışqırda qışqırda kəsdi | Icma.az
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Erməni həkim keyidici iynə vurmadan məni əməliyyat etdi" adlı veriliş əslən Göyçə mahalının Basarkeçər rayonunun Qoşabulaq kənd sakini Alay Quliyevin həyat hekayəsinə həsr olunub.
O, 1973-cü ildə doğulduğu kənddə 1988-ci ilə qədər yaşadığını, uşaqlıq, məktəb, gənclik illərinin gözəl keçdiyini, bütün fəsillərdə kənd həyatı ilə bağlı xatirələrini danışıb: "Milli bayramımız olan Novruz həyatımızın ən yadda qalan günləri olub və yaddaşımızda silinməz iz qoyub.
Hər çərşənbədə lopa, tonqal yandırardıq, axır çərşənbədə papaq atardıq".
Onun sözlərinə görə, ermənilər bütün dövrlərdə azərbaycanlılara qarşı vəhşi davranıblar: "Orta məktəbdə oxuyanda boğazımdakı əti kəsdirmək üçün rayona həkimə apardılar.
Ermənilər məni əməliyyat qabağı üç gün palatada saxladılar. Bizim palatada Norik adında bir erməni var idi, onu palatadan birinci apardılar
Norikin səsi gəlmədi. Azərbaycanlılar gedəndə qışqırıq, bağırtı səsi gəlirdi.
Tam oxu
Xəbəri oxu