Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Vəkillər Kollegiyasının üzvü, Gorus Rayon İcmasının sədri Etibar Həsənov olub.
O, doğulub boya-başa çatdığı Zəngəzur mahalının Gorus rayonundan, uşaqlıq illərini keçirdiyi Şurnuxu kəndindən geniş söhbət açıb.
Bildirib ki, Zəngəzur mahalının mərkəzi sayılan Gorus rayonu türklərin tarixi yaşayış məskəni olub.
Onun sözlərinə görə, Çar Rusiyası İrəvan xanlığını işğal etdikdən sonra Qərbi Azərbaycanda, o cümlədən Gorusda əhalinin etnik tərkibini dəyişdirib, Türkiyə və İrandan köçürülən erməniləri məqsədli şəkildə bu ərazidə məskunlaşdırıb.
Bununla da həmin rayon ərazisində azərbaycanlılar sıxışdırılıb, tədricən sayları azalıb.
Qeyd olunub ki, Gorusda azərbaycanlı əhalinin sayının azalmasına digər səbəb ötən əsrin əvvəlində daşnakların bu coğrafiyada törətdiyi qətliamlar, soyqırımlar olub.