Qərbi Azərbaycan Xronikası: Hamamlının ərazisi müalicəvi turşsuyla zəngin idi | Icma.az
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Cəlaloğlu və Hamamlı rayonları üzrə icma sədri, fəlsəfə doktoru, Əməkdar mühəndis Nəbi Ramazanlı olub.
O, Qərbi Azərbaycanın Hamamlı və Cəlaloğlu rayonlarından, həmçinin doğulub boya-başa çatdığı Qursalı kəndindən geniş söhbət açıb.
Bildirib ki, Hamamlı rayonunun ərazisi müalicəvi əhəmiyyət daşıyan turşsu ilə zəngin olub. Elə rayonun adı da bununla bağlıdır.
Tarixən bu ərazilərdə Azərbaycan türkləri yaşayıblar. Lakin İrəvan xanlığının işğalından sonra çar Rusiyası Qərbi Azərbaycanın əksər bölgələ
Bunun sayəsində rayonun 23 kəndindən 20-də bir nəfər də olsun azərbaycanlı qalmayıb. Həmin kəndlərə xaricdən ermənilər köçürülüblər.
Yerdə qalan üç kənddən birində - Qızılörəndə azərbaycanlılarla ermənilər qarışıq, Qursalı və Saral kəndlərində isə yalnız soydaşlarımız yaşayıblar.
Tam oxu
Xəbəri oxu