Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Muş və Alaşkert ermənilərinin yerləşdirildiyi oğuz yurdu" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bazarcıq, Bazarçay, Bayatlar toponimi, Bazarçay hidronimi və Bayat dağı oronimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycanda yerli sakinlərin deportasiyaya məruz qalmasından, qədim türk yurdlarının mədəni işğalından sonra toponimlərin adının dəyişdirilməsi prosesinə başlanılıb və unudulmayan tarixi keçmişə sahib olan bu kəndlərimiz ermənilərin məkrli niyyətinin qurbanı olub.
Bazarcıq - Abaran mahalının Abaran, sonra Aparan və daha sonra Nairi adlandırılan rayonda kənd adıdır.
Adı "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib.
Ermənilər buraya 1829-1830-cu illərdə Türkiyənin Muş, Alaşkert və Bulanixdən köçürülüblər.
1946-cı ildə kəndin adı dəyişdirilib Arayi qoyulub. Bazarçay - Zəngəzur mahalının Qarakilsə, sonralar Sisian adlandırılan rayonda kənd adıdı