Qərbi Azərbaycan Xronikası: “Qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək”…
Icma.az, Report.az saytına istinadən bildirir. Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Qərbi Azərbaycana qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli olub.
O, 2024-cü ildə İcmanın fəaliyyətindən, gördüyü işlərdən danışıb.
Deputat qeyd edib ki, ötən il ərzində İcmanın çoxşaxəli fəaliyyətinin əsas məqsədi soydaşlarımızın öz doğma yurdlarına qayıdışı, indiki Ermənistan ərazisində dağıdılan tarixi-mədəni abidələrimizin qorunması, deportasiyalar nəticəsində ciddi zərər görmüş qeyri-maddi mədəni irsimiz üçün ədalətin təmin edilməsi olub.
Onun sözlərinə görə, İcmanın təşkilatlanma işi ötən il də yüksək səviyyədə davam etdirilib.
Nəticədə ölkəmizin 45 rayonunda Qərbi Azərbaycan İcmasının nümayəndəliyi yaradılıb.
Bu müddət ərzində Qərbi Azərbaycanın 22 rayonu üzrə 284 kənd icması formalaşdırılıb.
Millət vəkili Ə.Ələkbərli soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətin genişləndiriləcəyini diqqətə çatdırıb.
Tam oxu
Xəbəri oxu