Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru
Oxu.Az xəbər verir ki, verilişdə tarix elmləri doktoru, professor Abbas Seyidov Qafqazda Azərbaycan türklərinin formalaşması tarixindən danı
O bildirib ki, Azərbaycan adına e.ə 8-7 əsrlərdə rast gəlinir.
Prototürklərin ilk yaşayış məskənləri Urmiyə, Qərbi Azərbaycan və Şərqi Anadolu ərazisində tapılır.
Onun sözlərinə görə, Qafqazda Azərbaycan türklərinin formalaşması e.ə 3-cü minillikdən başlayıb: "Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir.
Azıx adamı bu bölgənin qədim sivilizasiya məskəni olduğunun sübutudur".
İspaniya rəssamı Salvador Dalinin Azərbaycana işarə verən əsərinin gizli mesajından söz açan A.Seyidov deyib ki, onun məşhur rəsmində yaranışın əsası Azərbaycan göstərilir: "Avropadakı Albaniyanı Qafqazdan gedən albanlar yaradıblar".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.