Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Moderator.az xəbər verir ki, "Ananın qucağında 2 aylıq körpə vəhşicəsinə öldürülüb" adlı veriliş əslən Vedibasar mahalı, Vedi rayonunun, Xalisa kəndindən olan Pərvanə Vəliyevanın həyat hekayəsinə həsr olunub.
O, 1990-cı ildə Bakı şəhərində andın olsa da, ata, ana, baba və nənəsinin Qərbi Azərbaycandan olduğunu, 1988-ci il noyabrın 30-da deportasiyaya məruz qaldıqlarını deyib: "1988-ci ildə Xalisa faciəsi baş verib, insanları amansızlıqla, işgəncələr verərək çıxarıblar.
Xalisa Vedibasar mahalında olan 145 kənddən biridir. Aran kəndi olduğundan insanlar yayda Əyricə, Kolanlı dağlarına yaylağa gedirdilər.
Kəndin əhalisi azərbaycanlılardan ibarət olub. Buraya 12 erməni ailəsi ilk dəfə 1918-1920-ci illərdə köçürülüb".
Onun sözlərinə görə, azərbaycanlılar tarixdə 4 dəfə deportasiyaya məruz qalıblar: "Qohumlar 1948-1953-cü illərdə aran zonasına gəliblər.
Bir çoxu Türkiyəyə gedib. Babam Xalisa kəndində qalıb. Onlar danışırdılar ki, 1987-ci ildə kəndlərdə əhalini incitdiklərinə görə köç başlamı