Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü…
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində növbəti ekspert görüşü fəaliyyətini icra edib.
Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.
QHT.az xəbər verir ki, təşkilatın rəhbəri İlqar Hüseynli tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiya çərçivə sənədi təqdim olunub.Sənədin təqdimatında əsas məqsəd bu sahədə fəaliyyət göstərən ekspertlərin rəylərini almaq və beynəlxalq təqdimat zamanı üstünlük veürilməsi məsədə uyğun hesab edilən tezisləri əldə etməkdir.
Təqdimatlarda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri,hədəf məqsədləri, Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş müzakirəlıər aparılmışdır.
Ekspert görüşündə Qarabağ İKTG İB-nin rəhbəri, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev önəmli təkliflərlə çıxış etmişdir.
O həmçinin Qərbi Azərbaycana Qayıdış könüllülər hərəkatının yaradılması və gənclərin bu proseslərə cəlb olunmasını təklif etmişdir.
Tədbir zamanı tanınmış Vətəndaş Cəmiyyəti təmsilçiləri bu istiqamətdə çıxışlar etmiş və təkliflər səsləndirmişdirlər.Qərbi Azərbaycan İcması İdarə heyyətinin üzvü Rauf Zeyni bu sahədə fəaliyyət göstərən ekspertlərdən ibarət koalisiyanın yaradılmasını, proseslərin icrasında vətəndaş cəmiyyətinin iştirakını vacib hesab etmişdir.
Tam oxu
Xəbəri oxu