Qərbi Azərbaycana qayıdış: Tarixi ədalət və dövlət siyasətinin prioriteti | Icma.az
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qərbi Azərbaycan torpaqları əsrlər boyu azərbaycanlıların ata-baba yurdu kimi zəngin mədəniyyətə və tarixi irsə malik olmuşdur.
Ancaq XX əsrin tarixi hadisələri nəticəsində azərbaycanlılar bu ərazilərdən zorla deportasiya edilmişdir.
Bu deportasiyalar insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, Azərbaycanın tarixi-mədəni irsinin silinməsi cəhdləri ilə müşayiət olunmuşdur.
Qərbi Azərbaycana qayıdış, Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən olunmuşdur.
Prezident İlham Əliyevin paytaxt Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın iştirakçılarına müraciətində Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarıldığı vurğulanmışdır.
Dövlətimizin başçısı 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlının dədə-baba yurdunu tərk edərək Azərbaycana sığındığını qeyd etmişdir.
Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Qərbi Azərbaycana qayıdış qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsini təmin etmək məqsədini daşıyır.
Tam oxu
Xəbəri oxu