Qərbi Azərbaycandakı irsimiz: Her her məbədi

10.10.2026

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Her-Her (Qoşavəng) Dərələyəz mahalının Her-Her kəndindən 1 kilometr şimal-şərqdə, dərələrlə əhatə olunmuş kiçik qayalıq təpənin üzərində yerləşən qədim alban xristian məbədidir. Dərələyəz mahalı 1931-ci ildən Paşalı rayonu, 1935-ci ildən Əzizbəyov, 1991-ci ildən isə Vayk rayonu adlandırılıb.
Qərbi Azərbaycandakı abidələrimiz: Şadıvəng
Qoşa kilsədən ibarət olduğu üçün Qoşavəng adı ilə bizə gəlib çatmış məbəd VIII-IX əsrlərdə incə işlənmiş yonma daşdan tikilib, sonrakı əsrlərdə ona bir sıra tikililər əlavə edilib.
Məbəd divarla əhatə olunmuşdu. Ərazidə monastır hücrələrinin, təsərrüfat tikililərinin və qəbiristanlığın qalıqları qalmaqdadır.
Her-her kəndinin də ətrafında olan qədim qəbiristanlıqda çoxlu qəbirüstü qoç daşları olmuş, bu daşların üzərində at, kişi, qadın, saz, qoyun, kəl və bəzi vəhşi heyvanların rəsmləri çəkilmişdi.

Bu kənd tarix boyu türk tayfalarının vətəni olub. Adının Ger-ger/Gəngər/Qarqar türklərinin adını daşıması da bunu sübut edir. 1880-ci illərə qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. 1880-ci illərdə kəndə İrandan və Osmanlıdan ermənilər (54 ailədə 492 nəfər) köçürülüb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью