Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Modern.az saytı Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Amasiya rayonu abonentlərinin siyahısı olan kitabçanın həmin rayonun Qaraçanta (Əzizbəyov) kəndinə aid şəkillərini əldə edib.
1981-ci ildə rusca “Список абонентов Амасийской городской телефонной сети” adlanan kitabçada Qaraçanta (Əzizbəyov) kəndi abonentlərinin adı qarşısında telefon nömrələri qeyd edilməklə əlifba sırası ilə göstərilib.
Siyahıdan bir daha məlum olur ki, hazırda Ermənistanın işğalı altında olan kənddə bir nəfər erməni yaşamayıb.
Ümumilikdə 114 nəfər kənd sakininin adı daxil edilən kitabçada kəndin sovxozu, sovetliyi, ATS-i, poçtu, univermağı, məktəbinin nömrələri də özünə yer alıb.
Abonentlərdən bəzilərinin nömrələri: Sabir Əliyev - 2-55, Şahbəndər Əliyev – 1-69, Sədi Abdullayev – 2-80, Adil Aydınov – 2-73, Aftantel Bayramov – 2-64, Məsim Bayramov – 1-89, İsrafil Hacıyev – 2-68, Səttar Hacıyev – 2-72, Viladimir Zülfiqarov – 1-66, Rəcəb İsayev – 1-96, Yəhya Qurbanov – 1-06, Paşa Kərimov – 2-50, Allahyar Kərimov - 2-30, Telman Mövlayev – 1-73, Oruc Məmmədov – 2-33, Şaban Nəcəfov – 1-11, Ənvərpaşa Nəbiyev - 2-18, Nadir Namazov - 1-41, Heydər Seyidov – 1-87, Namaz Şahvələdov – 2-53, Emin Yusifov – 2-62 Qeyd edək ki, Ağbaba-Şörəyel mahalının Cənub-Qərbi Qafqazda Ələyəz (Alagöz) dağının ətəklərindən tutmuş Arpaçay boyunca uzanan və Arpa gölünün ətrafını əhatə edən ərazinin dağlıq hissəsi Ağbaba, aran hissəsi isə Şörəyel adlanır.
Coğrafi rayonlaşmaya görə Ağbaba və Şörəyel ərazisi Şirək yarımrayonu sayılır.
Əsrlər boyu Osmanlı imperiyasının tərkibinə daxil olan Ağbaba ərazisinin böyük bir qismi 1921-ci il Qars müqaviləsi əsasında Ermənistana qatılıb.