Qərbi Azərbaycanın tarixi və mədəni irsi gənclər arasında | Icma.az
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AzVision.az İctimai birlikdən verilən məlumata istinadən xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan mədəni mühitinin təbliği, tarixi irsi və şəxsiyyətlərini tanıtmaq, mövzunu rəqəmsal və audivizual həllərlə geniş auditoriyaya müasir yaradıcı və innovativ üsullarla çatdırılması, sosial mediada gənclər üçün daha çox Qərbi Azərbaycan kontenti paylaşmaqdır.
Tədbirdə çıxış edən natiqlər, Qərbi Azərbaycanın zəngin tarixi və mədəni irsinin önəmini vurğulayaraq, gəncləri bu irsin qorunmasına və təbliğinə daha çox cəlb etməyin vacibliyini qeyd etdilər.
Natiqlər, mövzunun müasir informasiya texnologiyaları vasitəsilə təbliğinə xüsusi diqqət yetirərək, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini və gənclərin bu cür təşəbbüslərdə fəal iştirak etmələrinin vacibliyini önə çəkdilər.
Onlar həmçinin rəqəmsal alətlər və sosial media vasitəsilə Qərbi Azərbaycanın mədəni irsini daha geniş auditoriyaya çatdırmaq üçün təklif və tövsiyələrini bölüşüblər.
Sonda “Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan –gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirilib.
AzVision.az Qalereya Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu