Qərbi azərbaycanlıların kompensasiya məsələsi YENİDƏN GÜNDƏMDƏ

03.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Ermənistan Azərbaycan Prezidentinin Qərbi azərbaycanlıların müraciəti ilə bağlı çıxışına münasibət bildirib. Guya Ermənistan Qərbi Azərbaycanlılara kompensasiya ödəyib. Ermənistan xarici işlər nazirinin bu açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir. Birincisi, Ararat Mirzoyanın dediyi kimi, 175 min deyil, 300 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb”.
Bizim.Media xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, verilən kompensasiya azərbaycanlıların evləri üçün yox , həmin illərdə baş vermiş zəlzələyə görə verilib:
"Çünki 1988-ci ildə dekabr ayının 7-də Spitak şəhərində zəlzələ baş verdi. 1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi. Həmin vaxt zəlzələ baş verən ərazidə yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən müəyyən kompensasiyalar verildi. Amma o ödənilən kompensasiya xərcləndikdən sonra, evlər təmir edildikdən sonra, həmin evlər ermənilər tərəfindən mənimsənildi və azərbaycanlıların mülkiyyət hüququ tapdandı”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью