“Qərbi azərbaycanlıların öz doğma yurd yuvalarına qayıdışı tarixi zərurətdir” MÜNASİBƏT Bİ…
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. “Qərbi azərbaycanlıların öz doğma yurd- yuvalarına qayıdışı tarixi zərurətdir.
Bu, təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb sülh və təhlükəsiz şəraitdə yaşamasını təmin etməlidir: “Bu, tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edir.
Ermənistanın isə bu prosesə maneə törətməsi, regionda dayanıqlı sülhün qurulmasına ciddi əngəl yaradır.
Azərbaycan dövləti tərəfindən bu prosesin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atmaqdadır”.
Deputat xatırladıb ki, tarixi və əzəli torpağımız olan Qərbi Azərbaycanda yaşamış soydaşlarımız zaman-zaman etnik təmizləməyə məruz qalıblar, öz doğma torpaqlarından didərgin düşməyə məcbur ediliblər: “Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib.
Ermənilər düşünülmüş şəkildə 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər.
Tam oxu
Xəbəri oxu