Qərbi Kaspi Universiteti beynəlxalq reytinqdə mövqeyini möhkəmləndirir

18.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Qərbi Kaspi Universiteti Bilik mübadiləsi (Knowlege Exchange) və Təhsilin təsiri (İmpact of Education) göstəriciləri üzrə Azərbaycan universitetləri arasında 1-ci yeri tutub.

Dünyanın nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri olan QS ( Quacquarelli Symonds) tərəfindən 2026-cı il noyabrın 17-də açıqlanan “QS World University Rankings: Sustainability 2027” reytinqində Qərbi Kaspi Universiteti Azərbaycan üzrə 2-ci, dünya üzrə 950-ci, Asiya üzrə 331-ci, Qərbi Asiya üzrə 74-cü yerdə qərərlaşıb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

QS Sustainability reytinqi dünya ali təhsil müəssisələrinin fəaliyyətini 50-dən çox göstərici əsasında üç əsas istiqamət üzrə qiymətləndirib:

Ətraf mühitə təsir (Environmental İmpact)

Sosial təsir (Social İmpact)

İdarəetmə (Governance)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью