Qərbi Nigerdə ​​terror hücumunda 16 əsgər həlak olub, 23 nəfər yaralanıb

20.07.2026

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Nigerdə ​​terror hücumunda 16 əsgər həlak olub, 23 nəfər yaralanıb

Ölkənin qərbində Niger Müdafiə və Təhlükəsizlik Qüvvələrinin bölməsinə edilən terror hücumunda ən azı 16 əsgər həlak olub, 23 nəfər yaralanıb. Oxuməni. az xəbər verir ki, bu barədə Niger Xəbər Agentliyi bazar günü yerli Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Hücum Mali və Burkina Faso ilə sərhədlərin yaxınlığında, Tillaberi bölgəsinin qərb hissəsində baş verib.

Müdafiə Nazirliyi bildirib ki, 15 terrorçu öldürülüb, 5 motosiklet ələ keçirilib və daha 4 terrorçu məhv edilib.

"Müdafiə və Təhlükəsizlik Qüvvələrinin hava qüvvələrinin dəstəyi ilə sürətli reaksiyası düşməni geri çəkilməyə məcbur edib. Ərazidə axtarış, təmizləmə və təhlükəsizlik əməliyyatları davam edir", - deyə nazirlik vurğulayıb.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью