Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Niderlandda son bir həftə ərzində Qərbi Nil qızdırmasının daha 5 yeni yoluxma halı qeydə alınıb. Bununla da ölkədə yoluxanların ümumi sayı 64-ə yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, “De Dagelijkse Standard” qəzeti Kral İctimai Səhiyyə və Ətraf Mühit İnstitutunun məlumatlarına istinadən yazıb ki, yeni yoluxmaların 3-ü Cənubi Hollandiya, 2-si isə Şimali Brabant əyalətində aşkarlanıb. Yoluxanların hamısının simptomlar yaranmazdan əvvəl ağcaqanadlar tərəfindən dişləndiyi bildirilir.
Ölkədə virusdan ölənlərin sayı dəyişməyib. İndiyədək Qərbi Nil qızdırması 10 nəfərin ölümünə səbəb olub. Ölənlərin əksəriyyətinin yaşlı və xroniki xəstəlikləri olan şəxslər olduğu qeyd edilir.
Murad İsmayıl