Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Havaların soyuması Yunanıstanda təhlükəli virusun yayılmasının qarşısını almayıb. Ölkədə payız fəslində də yeni yoluxma halları qeydə alınır.
“Yeni Sabah” xəbər verir ki, Yunanıstanda oktyabrın ikinci həftəsində Qərbi Nil virusuna 9 yeni yoluxma halı aşkarlanıb, 2 nəfər isə virus səbəbindən həyatını itirib.
Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının məlumatına görə, 2026-cı ilin əvvəlindən oktyabrın 15-dək ölkə üzrə ümumilikdə 452 yoluxma halı qeydə alınıb.Ölənlərin sayı 49-a yüksəlib pizza mizza
Oktyabrın 9-dan 15-dək aşkarlanan 9 yeni yoluxma ilə yanaşı, virusdan ölənlərin ümumi sayı 49-a çatıb. Qərbi Nil virusuna ən çox paytaxt Afina və ətraf əraziləri əhatə edən Attika bölgəsində rast gəlinir.