Qərbi Saxarada 4 400 illik qəbir aşkarlanıb

21.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qərbi Saxarada aparılan arxeoloji araşdırmalar zamanı uzunluğu 54,5 metr olan qədim daş abidənin altında təxminən 4 400 il əvvələ aid dəfn yeri aşkarlanıb. African Archaeological Review jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, radiokarbon analizləri insan qalıqlarının təxminən 4 417–4 100 il əvvələ aid olduğunu göstərib.

Arxeoloqlar Lawash el Telli ərazisində yerləşən abidənin daxilində bir nəfərin qalıqlarını aşkar ediblər. Dəfn kamerası iri daş plitələrlə qorunub. İnsan qalıqları ilə yanaşı, dəvəquşu yumurtasının qabığından hazırlanmış dörd kiçik muncuq da tapılıb. Tədqiqatçılar bu əşyaların şəxsi bəzək nümunələri ola biləcəyini ehtimal edirlər.

Tapıntı Qərbi Saxarada aşkarlanan və quruluşuna görə fərqlənən qədim daş abidələrin tarixini və təyinatını öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Araşdırma bu tip tikililərin ən azı birinin dəfn məqsədilə istifadə edildiyini birbaşa sübut edir və regionun qədim dəfn ənənələrinin öyrənilməsi üçün yeni imkanlar yaradır.

S.Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью