Qərbin baş tutmayan PLANI: “Rusiya da ondan geri qalmır” Yeni Çağ Media | Icma.az
Icma.az, Yenicag saytına istinadən bildirir. “Qərb vəziyyətdən istifadə etmək istədi.
Rusiya ilə Azərbaycan arasına nifaq toxumunu səpməyə çalışdı”.
Bunu Yenicag.az-a açıqlamasında Qərbin təyyarə qəzası fonunda Azərbaycanla Rusiyanın münasibətlərini pisləşdirmək cəhdlərindən danışan siyasi şərhçi Toğrul Allahverdili deyib.
Onun sözlərinə görə, riyakar Qərb mediasının Azərbaycan müdafiəçisi olmasına qəti olaraq inanmamalıyıq: “Biz Qərbin ikili standartlarla yanaşmasını istər Ermənistanın 30 illik işğalı dövründə, istərsə də zəfər qazandığımız 44 günlük Vətən müharibəsində görmüşük.
Əlavə olaraq, özünü “demokratiyanın beşiyi” adlandıran Qərb siyasi baxışlarına, jurnalist fəaliyyətinə görə həbs olunanları müdafiə etməyə çalışıb.
Bunun üçün durmadan Azərbaycana qarşı qarayaxma kampaniyalarına əl atır.
Lakin onların hər birinin fəaliyyətinə baxdıqda cinayət tərkibini görürük”.
Analitikin fikrincə, təyyarə qəzası baş verdikdən sonra nə hikmətdirsə Azərbaycana qarşı hər zaman qarayaxma kampaniyalar aparan Qərb bizim yanımızda olduğunu bildirdi: “Bunu Türkiyə, yaxud qardaş olan Türk dünyası dövlətləri etsə anlamaq olardı.
Tam oxu
Xəbəri oxu