“Qərbin hökmranlığı dövrü başa çatdı”

21.02.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qərbin 500 illik hökmranlığı dönməz şəkildə geridə qalıb”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirlərinin Yohannesburqda keçirilən iclasında çıxış edən zaman deyib.

“Müasir dünya köklü transformasiyadan keçir və həqiqətən çoxqütblü olur. Qərbin 500 illik hökmranlığı dövrü isə geri dönməz şəkildə geridə qaldı”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, BRICS ölkələri hələ 2022-ci ildə ÜDM-in həcminə görə G7-ni arxayınlıqla ötüblər.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью