Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rusiya Qərbin təzyiqlərini rədd edir və İranla strateji tərəfdaşlığı gücləndirir..." Rusiya İranın nüvə proqramı ətrafında yaranan yeni gərginliyə Qərbin təzyiqləri fonunda reaksiya verib və bu ölkə ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Moderator.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
"İrana təzyiq üçün heç bir əsas yoxdur" Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərbin İrana qarşı artan siyasi və iqtisadi təzyiqlərini "əsassız" adlandırıb.
Onun sözlərinə görə, "nüvə sazişinə dair vəziyyət kifayət qədər mürəkkəbdir və Avropanın qeyri-konstruktiv mövqeyi prosesi hər gün daha da çətinləşdirir".
Peskov qeyd edib ki, Moskva bütün tərəfləri dialoqa çağırır və "suveren bir dövlət olan İrana qarşı həddən artıq təzyiq göstərmək üçün heç bir əsas" görmür.
O, həmçinin Rusiyanın İranı "dost və strateji tərəfdaş" hesab etdiyini, əlaqələrin bütün sahələrdə genişlənməyə davam edəcəyini vurğulayıb.
Bu bəyanat İranın BMT-yə etdiyi müraciətlə eyni vaxta təsadüf edib.