Qərbin radikal antiAzərbaycan bəyanatlarının daha bir SƏBƏBİ | Icma.az
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin "İzvestiya" qəzetinə verdiyi müsahibə geniş müzakirə olunur.
Bu müsahibə Moskvanın İrəvanla əlaqələrdəki prioritetləri və regional təhlükəsizliklə bağlı yanaşmalarına işıq salıb.
Sergey Kopırkin bildirib ki, Rusiya Ermənistanın Avrasiya qitəsində təhlükəsizlik sisteminin inkişafında fəal iştirakını gözləyir.
Bu konsepsiya ilk dəfə 2025-ci ilin 14 iyununda Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim edilmiş və Kazanda keçirilən BRİKS sammitində yenidən gündəmə gətirilmişdi.
Kopırkinin sözlərinə görə, Rusiya Ermənistandakı tərəfdaşlarından bu təşəbbüsün həyata keçirilməsində fəal dəstək gözləyir.
KTMT çərçivəsində əməkdaşlığı xüsusi vurğulayan səfir bu platformanın regionda təhlükəsizliyi təmin etmək üçün əvəzedilməz olduğunu qeyd edib.
Buna baxmayaraq, Ermənistanın KTMT-dəki fəaliyyətindən müəyyən qədər uzaqlaşması narahatlıq doğurur.
Tam oxu
Xəbəri oxu