Qərbin Rusiyaya cavab başağrısı

02.12.2024

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


"Suriyada yenidən qızışan savaş əslində, Qərbin Rusiyaya cavab başağrısıdır. O başağrı ki, Rusiya İranla birləşərək, HƏMAS-ın icraçılığı ilə ötən ilin 7 oktyabrında İsrail içində qarışıqlıq saldı və Qərbə problem yaradıb onun başını qatıb Ukrayna cəbhəsindən soyutdu. Bu doğrudan da, effektli oldu və Ukrayna 1 il gerilədi".
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas İlqar Altay Suriyadakı hadisələri şərh edərkən deyib. O bildirib ki, bu dəfə isə Qərb həmin metodu Rusiyaya qarşı edir:
"Bəzi tərəflərlə birləşərək, bəzi dini hərbi birləşmələrin icraçılığında planlı halda Suriya içində qarışıqlıq yaradır. İndi də, Qərb Rusiya üçün 2-ci cəbhəni açıb, onun başını qataraq, Ukraynadan soyudur".
İlqar Altay hesab edir ki, ABŞ kəşfiyyatının hazırladığı Suriyadakı problemlə Rusiya zəifləyib, Ukrayna gücləncək.
Anar Əliyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью