“Qərbin sanksiyaları sənayeyə zərərdən çox xeyir verir” Putin

06.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“Qərbin sənaye istehsalı ilə bağlı sanksiyaları Rusiya Federasiyası və Belarusa zərərdən daha çox fayda gətirir”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
 O bildirib ki, Rusiya nazirləri bu cür məhdudiyyətlərin davam etdiriləcəyinə ümid edirlər.
“İdxalın əvəzlənməsi və yüksək əlavə dəyərə malik məhsulların payının artırılması vurğulanmaqla ikitərəfli sənaye əməkdaşlığının miqyası böyüyür ki, bu da müasir şəraitdə çox vacibdir. Gələcək üçün daha da vacibdir”, - Putin bildirib.
O qeyd edib ki, məhdudiyyətlərlə bağlı müəyyən problemlər yaranır:
“Lakin bütövlükdə sənayedə real istehsal sahəsində daxili Rusiya bazarının azad edilməsi, son nəticədə daha çox müsbət rol oynayır”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью