Qərbin Ukraynaya hərbi yardımı 100 milyard avronu keçib

04.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

ABŞ və Avropa ölkələrinin Ukraynaya ümumi hərbi yardımı artıq 100 milyard avronu keçib .

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“31 avqust 2024-cü il tarixinə ABŞ Ukraynaya 56,8 milyard avro hərbi yardım ayırıb. Eyni zamanda, Ukraynaya Avropa ölkələrindən ümumi hərbi yardım 54,6 milyard avro təşkil edib”, - o, Kiyevdə alman həmkarı Annalena Barbock ilə keçirdiyi mətbuat konfransında deyib.

Zaur, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью