Qərbin və Ukraynanın silah ehtiyatları tükənib Müdafiə konserninin rəhbəri

18.02.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Avropa ölkələrində və Ukraynada anbarlarda silah ehtiyatları qalmayıb".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Rheinmetall" müdafiə konserninin rəhbəri Armin Papperger Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"Avropalıların və ukraynalıların anbarlarda heç nəyi yoxdur", - deyə o vurğulayıb.

Papperger həmçinin qeyd edib ki, Rusiya və Ukrayna arasında atəşkəs olsa belə, Avropada silaha olan tələbat yüksək səviyyədə qalacaq. Bu, Avropa hökumətlərinin ABŞ-nin "köhnə dünya"nın təhlükəsizliyinin möhkəmləndirilməsində rolunun azalması ilə bağlı artan narahatlıqları ilə əlaqədardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью