Qərbin vədləri, Moskvanın pulu KONKRET

22.01.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanın NATO və Avropa İttifaqı ilə bağlı gözləntilərinin reallıqla üst-üstə düşmədiyini açıqlayıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Qərbin Tiflisə verdiyi “qızıl dağlar” vədləri illərdir kağız üzərində qalır, real iqtisadi nəticələr isə məhz Rusiya ilə əməkdaşlıq fonunda özünü göstərir.

Rusiya XİN sözçüsü bildirib ki, Qərbin siyasi təzyiqlərinə baxmayaraq, Gürcüstan hakimiyyəti milli maraqları qorumaq xəttindən geri çəkilmir. Onun fikrincə, bu yanaşma ölkənin sosial-iqtisadi göstəricilərində də aydın görünür.

Zaxarovanın təqdim etdiyi rəsmi rəqəmlərə əsasən:

2025-ci ildə Rusiya–Gürcüstan ticarət dövriyyəsi 6 faiz artaraq 2,7 milyard dollar təşkil edib;

Gürcüstanda ÜDM-in artım tempi və vətəndaşların gəlirləri rekord səviyyəyə yüksəlib.

Rusiya tərəfi hesab edir ki, bu göstəricilər Tiflisin Qərbin abstrakt geosiyasi vədlərindən daha çox, konkret iqtisadi maraqlara üstünlük verməyə başladığını göstərir. Zaxarovanın sözlərinə görə, Gürcüstan üçün əsas seçim ideoloji çağırışlar deyil, real maliyyə və iqtisadi dividendlərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью