Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əli Zülfüqaroğlu: “Dövlətin mənafeləri prioritet olmalıdır” Prezident İlham Əliyevin Rusiya mediasına verdiyi son müsahibə geniş müzakirə edilir.
Azərbaycan xarici siyasətini balans üzərində qursa da, Qərbə bağlı qüvvələr Bakının Rusiyaya yaxınlaşdığını iddia edirlər.
Daxili auditoriyada əsas tezisi isə bundan ibarətdir ki, Azərbaycana daha çox Vaşinqton, Brüssel, Parisdən təhlükə gəlir, nəinki Moskvadan.
Globalinfo.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, ölkənin xarici siyasəti ilə bağlı əldə edilən uğurlar göz önündədir: “Nəinki Azərbaycan tarixi qələbə qazanıb, ümumiyyətlə, ərazimizdə separatizmin kökü kəsilib.
Artıq Qafqazda şərtləri Azərbaycan diktə edir və bu, bölgədə geosiyasi maraqları olan qüvvələri narahat edir”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, Azərbaycan dünyada geosiyasi böhranı öz lehinə çevirərək, əsas problemini həll edən və nümunə yaradan yeganə dövlətdir: “Halbuki bir sıra dövlətlər geosiyasi böhranın gətirdiyi təhdidləri nəzərə almadan və öz imkanlarını dəyərləndirmədən qlobal oyunlarda alət kimi istifadə olundular və nəticədə acınacaqlı duruma düşdülər.
Təkcə Ukrayna misalı kifayət edir. Azərbaycan isə Rusiyanın təzyiqini neytrallaşdırdı və qardaş Türkiyə ilə “Şuşa Bəyannaməsini” imzalamaqla