Qeri Mayers vəfat edib

13.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

NASCAR yarışlarının əfsanəsi Qeri Mayers 76 yaşında vəfat edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "The Washington Post" qəzeti yarışçının ailəsinə istinadən məlumat verib.

Qeyd edək ki, Qeri Mayers "NASCAR Winston Cup Series" seriyasında debütünü 1974-cü ildə "Yankee 400" yarışında edib və bu seriyanın 47 yarışında iştirak edib.

O, həmçinin "NASCAR Grand National East Series" və "NASCAR Featherlite Modified Tour" yarışlarında da mübarizə aparıb. Bundan əlavə, Mayers 1996-cı ildə turun çempionu titulunu qazanaraq 15 dəfə "SMART Modified Tour"un qalibi olub.

Q.Mayers avtoyarış pioneri Billi Mayersin oğlu, pilotlar Bert və Ceyson Mayerslərin atası və yarış karyerası 2024-cü ildə başlayan Sleyt Mayersin babası olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью