Qərib Baxşəliyevin ailəsində daha bir Ağır itki Foto

05.08.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin bacısı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin bacısı Sevil xanım ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev də 2023-cü il noyabrın 3-də oğlunun ölümünün üçüncü ildönümü günü dünyasını dəyişib.

Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 3-də Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Aslan Vəliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью