Qərib İbrahimov 5 oyunluq cəzlandı

23.01.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Futzal üzrə Azərbaycan kubokunda yaşanan qalmaqala hüquqi qiymət verilib. Sport24.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi "Neftçi" İK İB – "Star Karqo" oyununda baş verənləri müzakirə edib.

"Star Karqo"nun oyunçusu Qərib İbrahimov matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə alıb. O, cəzalandıqdan sonra hakimə qarşı fiziki təzyiq göstərib. AFFA futzalçını 5 oyunluq cəzalandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью