Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. Dünya musiqi aləmində qəribə geyimləri yaddaşda qalan bəzi məşhurlar var.
Onlar daha çox bu tərz libasları moda sərgilərində, mükafat təqdimetmə mərasimlərində və ya kliplərində geyiniblər.
Tez-tez medianın diqqət mərkəzində olan bu məşhurlar buna görə uzun müddət müzakirə də olunublar.
Bu dəfə BAKU.WS saytı olaraq qeyri-adi və maraqlı geyim tərzləri ilə tanınan məşhurları araşdırdıq.
Həmin siyahısını təqdim edirik: Müğənni Ledi Qaqa O ətdən hazırlanan geyimi ilə uzun müddər müzakirələr yaratmışdı.
2010‑cu ildə "MTV Video Music Awards"ə qatılan sənətçi tamamilə xam ət parçalarından hazırlanmış libas geyinmişdi.
O, bu geyimi seçməklə "Biz özümüzün ət parçalarıyıq" mesajını vermişdi.
Müğənni Cared Leto Sənətçi 2019‑cu ildə "Met Gala"ya qatıldığında, "Gucci" markasının dizaynı olaraq özünün bənzəri bir baş aksessuar gətirmişdi.