Qəribə görünə bilər, amma biz çox şəffafıq... Paşinyan

23.01.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan xarici siyasət qərarlarını mümkün qədər şəffaf şəkildə qonşularına və tərəfdaşlarına çatdırmağa çalışır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Davos forumunda deyib.

Onun sözlərinə görə, Ermənistan AB, Rusiya və regional güclər – İran, Türkiyə və Azərbaycanla münasibətlər arasında balans yaratmağa çalışır:

“Bu, asan deyil, lakin qeyri-mümkün adlandırıla bilməz. Qəribə görünə bilər, amma biz çox şəffafıq. Digər tərəfdaşlarla nə etdiyimizi o biri tərəfdaşlarımıza çatdırırıq. Siz AB ilə yaxınlaşmaq qərarımızı qeyd etdiniz, amma mövqeyimizi ortaya qoymağa, İran və Rusiya ilə bölüşməyə çox çalışırıq”, - Paşinyan bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью