Qəribə səslərin gəldiyi yeraltı dünya: Ruhlar evi, mistik güclərin məkanı

19.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şondonq mağarası yer səthindən 150 metr dərinlikdə yerləşən, 250-dən çox müxtəlif bitki və heyvan növünün mövcud olduğu sirli yeraltı dünyadır.

1991-ci ildə təsadüfən kəşf edilən bu mağara 18 il sonra britaniyalı tədqiqatçılar tərəfindən araşdırılmağa başlanıb. Mağara 2-5 milyon il əvvəl formalaşıb.

İçərisində dərin göllər və 9 kilometr uzunluğunda labirintlər yerləşir. Əvvəllər "ruhların evi" kimi bilinən mağaradan gələn uğultu isə əslində su və damcıların yaratdığı səslərdir.

Bu mistik və qorxulu məkan 4-5 günlük səyahət tələb edir, bunun üçün xüsusi icazə və fiziki hazırlıq lazımdır, tur qiyməti isə 3 000-3 500 dollar arasındadır.

Ətraflı Baku TV-nin süjetində:

Qəribə səslərin gəldiyi yeraltı dünya: Ruhlar evi, mistik güclərin məkanı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью