“Qəribə sualdı e...” Ağasəlim Mircavadov niyə belə dedi?

28.01.2026

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” bu gün Çempionlar Liqasının liqa mərhələsindəki son oyununa çıxır. Rəqib isə İngiltərənin ən titullu klubu “Liverpul”du. Mersisaydlılar da ilk “8-lik”dəki yerini qorumaq üçün sabah mütləq qələbə qazanmalıdı.

Sosial şəbəkələrdə, futbol ictimaiyyəti arasında belə fikir yaranıb ki, “Qarabağ” sabah xal və ya xallar qazanacaq. Biz nəyə görə “Qarabağ”dan qələbə gözləyirik?
“Football-plus.az” bu sualı təcrübəli mütəxəssis Ağasəlim Mircavadova ünvanlayıb:

“Qəribə sualdı e... “Liverpul” top-klubdu. “Qarabağ” da Azərbaycanın top klubudu. Bu matçda “Qarabağ” uda da, heç-heçə də edə bilər. Dərk etməliyik ki, “Qarabağ” Avropada yaxşı oynayır. Artıq komandamız böyük səs salıb. “Qarabağ” öz oyununa güvənir. Bu futboldu. Hər epizoda fikir vermək lazımdı. “Qarabağ” artıq “24-lüy”ə düşüb. Amma nüanslar var ki, digər oyunlarda nəticələr necə olacaq. “Qarabağ” qələbə qazansa, siyahıda özündən aşağıda olan klublarla oynaya bilər. Bu oyun “Qarabağ”ın və futbolçuların imici üçündü. Özlərini yaxşı tərəfdən göstərib yaxşı maaş ala biləcəkləri Avropa klublarına transfer ouna bilərlər. “Liverpul” da “8-liy”ə düşmək istəyir. Fevralda pley-off oyunu keçirməmək üçün. Onların da imici var. Son oyunlarda səviyyələrindən aşağı oynayırlar, amma bu o demək deyil ki, sabah da zəif çıxış edəcəklər. Hər mövsüm ÇL-də oynayan komandadı. Baş məşqçiləri Arne Slotun da getmək ehtimalı var, deyirlər ki, Xabi Alonso ilə danışıq aparırlar. Mən bunlara inanmıram. “Qarabağ” udsa, onda bu istefa reallaşa bilər. Maliyyə baxımından da bu oyunda qələbə vacibdi. Məncə, “Qarabağ” yaxşı oynayacaq”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью