Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

13.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-ü saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini H.Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ş.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью