Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir 77 HN 425 FOTO

28.01.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Maştağa qəsəbəsində piyadaların təhlükəsizliyini təhdid edən növbəti qayda pozuntusu qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, Heybət Heybətov küçəsində 77-HN-425 nömrə nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini həm səkidə, həm də piyada keçidinin üzərində saxlayaraq piyadaların hərəkətinə ciddi maneə yaradıb. Nəticədə piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur qalıb ki, bu da yol-nəqliyyat hadisəsi riskini artırır. Sakinlər bildirir ki, sürücü bu qayda pozuntusunu hər gün təkrarlayır.

Sözügedən ərazi piyadaların intensiv istifadə etdiyi küçələrdən biridir və bu cür məsuliyyətsiz davranışlar həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, həm də şəhər mühitində təhlükəsizlik normalarına ziddir.

Bakının küçələri yenidən qurularkən nələr nəzərə alınmalıdır? - ARAŞDIRMA
Qeyd edək ki, səkilərin və piyada keçidlərinin zəbt edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır. Mütəxəssislər sürücüləri nəqliyyat vasitələrini yalnız icazə verilən yerlərdə saxlamağa və piyadaların təhlükəsiz hərəkət hüququna hörmət etməyə çağırırlar.

Eltac Zülfüqaroğlu

Oxunub 94

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью