Qeşm adası üzərində ABŞ PUA sı vuruldu

07.11.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Ordusu Qeşm adası üzərində ABŞ Silahlı Qüvvələrinə məxsus “MQ-9 Reaper” pilotsuz uçuş aparatının (PUA) vurularaq məhv edildiyini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsinin yaydığı rəsmi bəyanatda bildirilir ki, ABŞ-yə məxsus PUA ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsindəki müasir zenit-raket kompleksləri vasitəsilə vurulub.

Ordunun açıqlamasında PUA “işğalçı Amerika düşməninə məxsus nəqliyyat vasitəsi” kimi təqdim olunub.

Qeyd edək ki, bir qədər əvvəl yerli sakinlər Qeşm adası və Bəndər Xamir şəhəri ətrafında güclü partlayış səslərinin eşidildiyini bildirmişdilər. Fars körfəzini Oman körfəzi ilə birləşdirən strateji Hörmüz boğazının şimalında yerləşən Qeşm İranın ən böyük adasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью