Qətər 160 təyyarə üçün Boeing ilə müqavilə imzalayıb

15.05.2025

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qətər 160 təyyarə üçün "Boeing" ilə müqavilə imzalayıb

Qətərin dövlət aviaşirkəti olan “Qatar Airways” Amerikanın “Boeing” konsernindən 160 təyyarə almaq üçün müqavilə imzalayıb. ABŞ prezidenti Donald Tramp sövdələşmənin 200 milyard dollar dəyərində olduğunu bildirib.

Dohada keçirilən imzalanma mərasimində Donald Tramp və Qətər əmiri Təmim bin Həməd Al Tani iştirak edib. "Bu, "Boeing" tarixindəki ən böyük təyyarə sifarişidir və bu, yaxşı haldır. 200 milyard dollardan çox və 160 təyyarə fantastikdir" .

Müqavilənin şərtləri hələlik açıqlanmayıb. "Qatar Airways"-in konkret hansı təyyarə modellərini alacağı da məlum deyil. Açıq məlumatlara görə, Qatar Airways donanması 238 təyyarədən ibarətdir.

Donald Tramp mayın 14-də günortadan sonra Qətərə rəsmi səfərə gəlib.Görüşdə dövlət başçıları iki ölkə arasında 1,2 trilyon dollar dəyərində iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıblar.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью