Qətər ABŞ İran dialoqunun əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına ümid edir

16.06.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Qətər ABŞ ilə İranın iyunun 19-da gözlənilən görüşü və müharibəninin dayandırılması ilə bağlı memorandumun imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına ümid edir.

Moderator.az ISNA-ya istinadən xəbər verir ki, bunu Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani deyib.

"Ümid edirəm ki, qarşıdan gələn görüş dialoq və əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq", - o bildirib.

Qətər Əmiri ABŞ və İran arasında memorandum barədə razılaşmanı yüksək qiymətləndirib:

"Prezident Trampa (ABŞ Prezidenti Donald Tramp - red.), Pakistana və bütün tərəfdaşlara minnətdarlığımızı bildiririk".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью