Qətər Avropa İttifaqını cəzalandırmağa hazırlaşır TƏHDİD

22.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

 

Avropa İttifaqı parnik qazı tullantıları tələbini yerinə yetirməyən şirkətlərə cərimə tətbiqini nəzərdə tutan qanunu qəbul etsə, Qətər Aİ-yə qaz tədarükünü dayandıra bilər.

Globalinfo.az xəbər verir ki, bunu Qətərin energetika naziri Saad əl Kaabi “Financial Times”a müsahibəsində  deyib.

“Avropaya tədarükdə gəlirimin 5%-ni itirəcəyəmsə, oraya tədarük gerçəkləşdirməyəcəm. Mən blef etmirəm. “QatarEnergy”nin 5% gəliri Qətər dövlətinin 5% gəliridir. Bu, xalqın pullarıdır və mən onları itirə bilmərəm. Heç kim belə pulların itirilməsi ilə barışa bilməz”, – o bildirib.

Qeyd edək ki, 2027-ci ildə qüvvəyə minəcək qanuna görə, şirkətlərə illik gəlirinin 5%-i həcmində cərimə qoyula bilər. Qanunda məqsədin Avropada 2050-ci ilə qədər parnik qazları tullantılarını sıfıra endirmək olduğu bildirilib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью