Qətər bu ölkədə hərbi baza qurur

11.10.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Doha ilə müdafiə əlaqələrinin inkişafı ilə əlaqədar olaraq Pentaqon Aydaho ştatındakı "Mountain Home" aviabazasında Qətər Hərbi Hava Qüvvələrinin yeni obyektinin yerləşdirilməsi ilə bağlı razılığa gəlib".

"Cebheinfo.az" bu barədə "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.O bildirib ki, "Mountain Home" aviabazasında Qətər pilotlarına müasir “F-15” qırıcılarını idarə etmək üçün təlimlər keçiləcək:

“Bu, Qətərlə tərəfdaşlığımızın daha bir nümunəsidir. Məhz bu gün Aydaho ştatındakı "Mountain Home" aviabazasında Qətər Hərbi Hava Qüvvələrinin yeni obyektinin qurulması ilə bağlı mövcud razılaşmanı imzalamaqdan qürur duyuram”.

Pentaqon hələlik  Qətərə məxsus neçə ədəd “F-15” qırıcı təyyarəsinin burada yerləşdiriləcəyini və ya obyektin nə vaxt fəaliyyətə başlayacağını açıqlamayıb.

Prezident Tramp ötən ay Qətər müdafiə etmək üçün ABŞ ordusunun bütün imkanlarının istifadə olunacağını nəzərdə tutan fərman imzalamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью