Qətər Daxili İşlər Nazirliyindən çağırış “Zəruri olmadıqca küçəyə çıxmayın”

02.03.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qətər Daxili İşlər Nazirliyi vətəndaşları ictimai təhlükəsizliyi qorumaq üçün zəruri olmadıqca küçəyə çıxmamağa çağırıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin yaydığı yazılı açıqlamada deyilir:

“İnsanları zəruri hallar istisna olmaqla, çölə çıxmaqdan qətiyyən çəkinməyə və səlahiyyətli orqanlar tərəfindən verilən rəsmi göstərişlərə tam əməl etməyə çağırırıq”.

Bəyanatda həmçinin vurğulanıb ki, görülən tədbirlər ictimai təhlükəsizliyin təmin edilməsi və prioritetləşdirilməsi məqsədi daşıyır. 

Regionda təhlükəsizliklə bağlı son hadisələrdən sonra Qətərin paytaxtı Dohada küçə və prospektlər böyük ölçüdə boşalıb. Xüsusilə Vest Bay, Korniş və şəhər mərkəzi kimi sıx yerlərdə nəqliyyat sıxlığı əhəmiyyətli dərəcədə azalıb.

Xatırladaq ki, İranın endirdiyi zərbələr nəticəsində Qətərin müxtəlif ərazilərində dəymiş məhdud maddi ziyanla yanaşı, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью