Qətər Dəməşqdəki səfirliyini bərpa edir Açıqlama

11.12.2024

Icma.az bildirir, Mia.az portalına istinadən.

Qətər Suriyadakı səfirliyini yenidən açmağa qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari açıqlama verib.

O, səfirliyin yenidən bərpası üçün tapşırıq verildiyini deyib: "Lazımi hazırlıqlar tamamlandıqdan sonra Dəməşqdəki səfirlik binası tezliklə açılacaq. Bu qərar iki dost və qardaş xalq arasında yaxın tarixi qardaşlıq əlaqələrinin gücləndirilməsi üçün qəbul olunub".

Ənsari bildirib ki, səfirliyin yenidən açılması ilə Suriya xalqına tələb olunan humanitar yardım axınını gücləndirəcəklər.

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью