Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən AZƏRTAC

08.01.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar Zati-alinizə və həyatını itirənlərin ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.

Həlak olanlara Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!

Şeyx Abdullah bin Həməd Al Tani

Qətər Dövləti Əmirinin müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью