Qətər gəmisi Hörmüzdə vuruldu

01.08.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Hörmüz boğazında təbii qaz (LNG) daşıyan gəmiyə hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Bermuda bayrağı altında üzən keçmiş "Gazlug Shangal" adlı tankerin yükü Qətər LNG-si olub. Gəmi qanunsuz marşrutla keçərkən mövqetəyinetmə sistemlərini söndürüb.

Gəminin Hörmüzün cənubu ilə hərəkət etdiyi, bu ərazilərin isə mina təhlükəsi səbəbindən riskli olduğu vurğulanıb.

Gəminin hücuma məruz qalması ilə bağlı detallı məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью